15 fevral 2012 18:38
Cüneyt Biçər: Qoldan sonra üstünlüyü əldən verdik
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 20-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Fasilədən sonrakı ilk oyunlar çox çətin olur. Buna baxmayaraq, bu gün hər iki komanda çox yaxşı oyun sərgilədi. Azarkeşləri gözəl oyunla sevindirə bildik. “Xəzər Lənkəran” çətinliklə də olsa, qol vurdu. Amma təəssüf ki, qoldan sonra üstünlüyü əldən verdik. Qonaqlar iki qol epizodu yaratdılar. Yaxşı ki, onlardan yararlana bilmədilər”.
