15 fevral 2012 19:43
Adamiya: Bakı üzərində darmadağını gözləmirdim
“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Premyer Liqanın 20-ci turunun “Bakı” ilə oyununu şərh edib. Ağdam klubunun gürcü futbolçusu azerisport.az saytına müsahibəsində 3:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Düzünü deyim ki, mən belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdüm. Belə güclü komandaları bu cür hesablarla məğlub etmək həmişə xoşdu. Ümid edirəm ki, bundan sonra da yaxşı oyun göstərməyə davam edəcəyik”.
