16 fevral 2012 00:04

Sensasiyasız və məhsuldar start

Futbol üzrə Azərbaycan Premyer Liqasında ötən il dekabr ayının 21-dən yaranan 55 günlük fasilə nəhayət ki, başa çatdı. Azerisport.az xəbər verir ki, 20-ci tur çərçivəsində keçirilən 3 oyunla ölkə çempionatındakı mübarizə yenidən bərpa olundu.
 
Qeyd edək ki, əslində Premyer Liqada qış fasiləsi ötən həftə başa çatmalıydı. Lakin ölkə ərazisindəki kəskin hava şəraiti 19-cu turun təxirə salınmasına gətirib çıxardı. Bu üzdən də çempionatın bərpası məhz 20-ci turun oyunlarıyla gerçəkləşdi.
 
İlk oyun günündə çempionatın hazırkı lideri “Neftçi” “Sumqayıt”ın qonağı oldu. Oyun məlum səbəblərdən Sumqayıt şəhər stadionunda yox, “Şəfa”da keçirilirdi. Bu üzdən də Bernard Raabın komandası doğma meydan amilindən də məhrum idi. Premyer Liqanın debütantı qış fasiləsində heyətinə bir qədər əl gəzdirsə də, yenə son ölkə çempionuna qalib gələcək gücdə görünmürdü. “Ağ-qaralar” isə əksinə, bu qış heyətinə yeni futboçu qatmayan yeganə klubumuz olmasına rəğmən, yenə “Sumqayıt”ı rahat keçəcək gücdəydi. Hansı ki, birinci dövrədə baş tutan görüşdə “Neftçi” bu komandanı 4 cavabsız qolla yenmişdi.
 
Elə bu dəfə də ciddi fərq olmadı. Paytaxt klubu erkən qol vurmaqda çətinlik çəksə də, ilk yarının son saniyələrində hesabı açmağa nail oldu. Flavinyonun açdığı cığır Bahodir Nasimov üçün də uğurlu oldu. Fasilədən sonra iki qol vuran özbəkistanlı futbolçu bombardirlər yarışındakı mövqeyini də yaxşılaşdırmış oldu. Çempionatımızın ötən mövsümünün ən məhsuldar futbolçusunun hesabında artıq 13 qol var. Elə Nasimovun komandası da 3 qolla qazanılan 3 xal sayəsində zirvədəki mövqeyini möhkəmlətmiş oldu.

Liderlər qrupunda qərarlaşan digər komanda - “Xəzər Lənkəran” AZAL-la qarşılaşdı. Cənub təmsilçisi rəqibini evdə qəbul etdiyindən, şübhəsiz ki, qələbə qazanmağa borclu idi. Belə olan halda “ağ-yaşıllar” ən azı bir günlüyə də olsa, ikinci pilləyə yüksələcəkdilər. Cüneyt Biçərin də komandası buna nail oldu. Amma çox çətinliklə. “Təyyarəçilər” bu qış ölkə xaricinə yollanmamasına, ciddi transfer həyata keçirməməsinə rəğmən, rəqibiylə başa-baş mübarizə aparmağı bacardı. Amma buraxılan bircə səhv qolla nəticələndi ki, həmin qol da “Xəzər Lənkəran”a çox vacib 3 xal qazandırmış oldu. Yeri gəlmişkən xatırladaq ki, cənublular ilk dövrədə bu komandanı səfərdə darmadağınla yenmişdilər – 3:0.
 
Turun mərkəzi oyununda isə “Bakı” və “Qarabağ” üz-üzə gəldi. Hər iki komanda mövsümün qalan dövrünə çox ciddi hazırlaşdığından, bu oyuna maraq böyük idi. Ağdam klubu Vaqif Cavadovu geri qaytarıb, Makedoniya yığmasının yarımmüdafiəçisi Muarem Muaremi heyətinə qatmışdısa, “Bakı” da ispaniyalı hücumçu Serxio Kontreras başda olmaqla bir sıra səs-küylü transferlər həyata keçirmişdi. Bütün bunlarla yanaşı sözügedən duelə maraq qatan başqa amillər də vardı. Çünki çempionluq həvəsində olan komandaların bu oyun ərəfəsindəki xalları eyni idi (29). Bir sözlə altı xallıq oyunda qələbə qazanacaq tərəf çox böyük üstünlük əldə edəcəkdi.
 
Bu qələbə isə Qurban Qurbanovun yetirmələrinə qismət oldu. Özü də “Qarabağ”ın qələbəsi kifayət qədər diqqətçəkən alındı. 3 cavabsız qolla məğlub olan “Bakı”nın isə Türkiyə toplanışındakı altı sınaq matçının hamısında yenilməsinin təsadüfi olmadığı da isbatlandı. Beləcə, vəziyyətini və şanslarını daha da pisləşdirən “zolaqlılar”dan fərqli, ağdamlılar üst pillələrə yaxınlaşmaq üçün növbəti inamlı addımını atdılar. Maraq üçün xatırladaq ki, “Qarabağ” ilk dövrədəki oyunda da 2:1 hesablı qələbəyə sevinmişdi.

Premyer Liqa
20-ci tur
 
Bakı - Qarabağ - 0:3 (0:1)
Qollar: Ə.İsmayılov, 28-pen (0:1), Rəşad Sadiqov, 48 (0:2), G.Adamiya, 65 (0:3)
Vərəqələr: Marko Şarliya, 27 (rəqibə qarşı kobud oyun), Deyvidas Çesnauski, 49 (qeyri-idman hərəkəti), Duje Bakoviç, 69 (rəqibə qarşı kobud oyun), Şəhriyar Əliyev, 72 (oyun qaydalarının sistematik pozuntusu), Elvin Məmmədov, 85 (oyun qaydalarının sistematik pozuntusu) - Vüqar Nadirov, 84 (rəqibə qarşı kobud oyun) – sarı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
15 fevral 2012. Saat 14:00. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. 400 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 2. Duje Bakoviç, 3. Denis İvanov, 8. Junior Xavier Vilson, 10. Lukas Mario Horvat (77. Aleksandar Soliç, 67), 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçoviç (7. Deyvidas Çesnauski, 46), 25. Şəhriyar Əliyev (99. Rəhman Hacıyev, 79), 36. Uinston Parks, 98. Serxio Kontreras Pardo.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov.
Baş məşqçi: Aleksandr Starkov.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 9. Bəxtiyar Soltanov (19. Muarem Muarem, 69), 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov (17. Vüqar Nadirov, 75), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (18. İlqar Qurbanov, 84), 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov
 
Sumqayıt - Neftçi - 0:3 (0:1)
Qollar: Flavinyo, 45+2 (0:1), B.Nasimov, 49 (0:2), B.Nasimov, 85 (0:3).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Rza Məmmədov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.
15 fevral 2012. Bakı. "Şəfa" stadionu. 500 tamaşaçı.
Sumqayıt: 55. Andrey Popoviç, 3. Tərlan Quliyev, 20. Timur İsrafilov (21. Murad Səttarlı, 60), 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 4. Samir Abasov (k) (90. Yasin Abbasov, 32), 47. Abdulla Abatsiyev, 76. Uğur Pamuk, 10. Eşqin Quliyev, 27. Ramil Həşimzadə (9. Orxan Həsənov, 73), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 7. Mahmud Qurbanov, 8. Emin Mustafayev, 2. Slavik Alxasov.
Baş məşqçi: Bernard Raab.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 3. Denis Silva, 6. Slavço Georgiyevski (25. Cavid İmamverdiyev, 80), 9. Flavinyo (8. Elşən Abdullayev, 76), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva (18. Ruslan Əmircanov, 30), 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 11. Cavid Hüseynov, 22. Fərid Quliyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
Xəzər Lənkəran - AZAL - 1:0 (0:0)
Qol: Rahid Əmirquliyev, 74
Vərəqələr: Adrian Pit, 7 (düşünmədən rəqibə zərbə) - Elşən Məmmədov, 37 (bilərəkdən rəqibi əli ilə tutduğuna görə), Tales Şütz, 45 (qeyri-idman hərəkəti), Aqil Nəbiyev, 61 (bilərəkdən rəqibi əli ilə tutduğuna görə), Hüseyn Axundov, 77 (bilərəkdən rəqibi əli ilə tutduğuna görə) – sarı.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
15 fevral 2012. Lənkəran şəhər mərkəzi stadionu. 6500 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Branimir Subaşiç (18. Alim Qurbanov, 88), 10. Elnur Abdullayev (6. Roberto Alviz, 61), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedo (15. Sadio Tounkara, 68).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 21. Radomir Todorov, 33. Stevan Bates.
Baş məşqçi: Cüneyt Biçer.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 8. Ervin Bulku, 9. Elşən Məmmədov (19. Hüseyn Axundov, 70), 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 60), 15. Georgi Boqyu, 16. Branislav Arseniyeviç, 17. Viktor İbekoyi, 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 25. Tural Nərimanov, 6. Mindauqas Daunoraviçyus, 13. Şəhriyar Rəhimov, 14. Orxan Səfiyaroğlu.
Baş məşqçi: Rafiq Mirzəyev.
 
Qeyd edək ki, turun qalan görüşləri bu gün keçiriləcək: Simurq - Qəbələ, Rəvan – Turan, Kəpəz – İnter.
 
 
1
Neftçi
19
13
1
5
40-16
40
2
Xəzər Lənkəran
19
11
5
3
28-17
38
3
İnter
18
10
6
2
17-9
36
4
Qarabağ
19
9
5
5
23-14
32
5
Bakı
19
8
5
6
23-19
29
6
Qəbələ
18
7
5
6
18-19
26
7
AZAL
19
6
5
8
26-29
23
8
Rəvan
18
5
7
6
21-22
22
9
Simurq
18
5
4
9
18-27
19
10
Kəpəz
18
4
4
10
21-34
16
11
Sumqayıt
19
4
3
12
13-26
15
12
Turan
18
3
2
13
10-26
11
 
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL), Flavinyo (Neftçi)
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.