16 fevral 2012 00:01
Cüneyt Biçər: O, gələcəkdə Azərbaycanda ən yaxşılardan biri olacaq
“Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 20-ci turunun AZAL-la oyunundan (1:0) sonra komandasının yeni transferlərini dəyərləndirib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis həmin oyunçularla bağlı bunları dilə gətirib:
“Roberto Alviz bu gün yaxşı oynadı. Qolun ötürməsini də məhz o verdi. Sadio isə hələ gəncdi. Ona bir qədər vaxt lazımdı. Gələcəkdə onun Azərbaycanda ən yaxşılardan olacağını düşünürəm. Brenes bu gün meydana çıxmadı. Çünki hələ transfer vərəqi gəlib çıxmayıb”.

“Xəzər Lənkəran”ın baş məşqçisi ünlü ispaniyalı futbolçu Qutini transfer edəcəklərinə dair yayılan şayiələrə də münasibətini bildirib: “Bunu ilk dəfədi sizlərdən eşidirəm”.