16 fevral 2012 00:48
“Belə meydanda oynamaq həm İnterə, həm də Kəpəzə asan olmayacaq”
“Kəpəz”in hücumçusu Yuri Fomenko Premyer Liqanın 20-ci turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ukraynalı forvard çətin oyun ərəfəsində bunları söyləyib:
“Şübhəsiz ki, bizi heç də adi oyun gözləmir. “İnter” kifayət qədər güclü rəqibdi. Düzdü, birinci dövrədə biz onlarla heç-heçə oynamışdıq. Həmin oyunda həm onların, həm də bizim bəxtimiz gətirmişdi. Sabah isə meydana yalnız qələbə üçün çıxacağıq. Stadion güman ki, heç də yaxşı vəziyyətdə olmayacaq. Belə vəziyyətdə oynamaq həm onlara, həm də bizə asan olmayacaq”.