15 fevral 2012 11:04
Berti Foqts Sumqayıt - Neftçi oyununda
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, Premyer Liqanın 20-ci turu çərçivəsində bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununu izləyəcək. Saat 14:00-da başlayacaq qarşılaşma “Şəfa” stadionunda keçiriləcək.
