17 fevral 2012 01:55
Trabzonspor PSV-yə evdə uduzdu (YENİLƏNİB)
Futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 14 qarşılaşma keçirilib.
Qeyd edək ki, bu mərhələnin açılış matçında “Rubin” evdə “Olympiakos”la qarşılaşmış və məğlub olmuşdu. Həmin günün digər matçında isə qardaş Türkiyəni təmsil edən “Beşiktaş” səfərdə Avroliqanın son finalçısını - “Braga”nı 2 cavabsız qolla məğlub edərək, cavab oyunu öncəsi böyük üstünlüyə yiyələnmişdi.
Son oyun günündə Türkiyənin digər təmsilçisi - "Trabzonspor" evdə PSV ilə qarşılaşıb. İlk dəqiqələrdə buraxılan qollar qardaş ölkə təmsilçisinin məğlub olmasına gətirib çıxarıb. Trabzonluların səfər matçında bunun əvəzini çıxması bir qədər çətin görünür.
Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb.
Avropa Liqası
1/16 final mərhələsi (ilk oyunlar)
16 fevral
Lokomotiv (Rusiya) - Athletic (İspaniya) - 2:1 (0:1)
Qollar: Qluşakov, 61-pen, Kaysedo, 71 - Muniain, 36.
Ajax (Hollandiya) - Manchester United (İngiltərə) - 0:2 (0:0)
Qollar: E.Yanq, 60, Çikarito, 85.
AZ Alkmaar (Hollandiya) – Anderlecht (Belçika) - 1:0 (1:0)
Qol: Maher, 35.
Lazio (İtaliya) - Atletico (İspaniya) - 1:3 (1:2)
Qollar: Kloze, 19 - Adrian, 25, Falkao, 37; 63.
Legia (Polşa) - Sporting (Portuqaliya) - 2:2 (1:0)
Qollar: Vavrijnyak, 37, Qol, 70 - Karriço, 60, Santos, 88.
Salzburg (İsveçrə) - Metallist (Xarkov, Ukrayna) - 0:4 (0:3)
Qollar: Tayson, 1, Kristaldo, 37; 41, Deviç, 90.
Viktoria (Çexiya) – Schalke (Almaniya) - 1:1 (1:0)
Qollar: Darida, 22 - Huntelaar, 75.
Porto (Portuqaliya) - Manchester City (İngiltərə) - 1:2 (1:0)
Qollar: Varela, 28 - Pereyra, 55-öz qapısına, Aquero, 84.
Hannover (Almaniya) – Brugge (Portuqaliya) - 2:1 (0:0)
Qollar: Sobiex, 73, Şlaudraff, 80-pen - Lestienn, 51.
Steaua (Rumıniya) - Twente (Hollandiya) - 0:1 (0:0)
Qol: Con, 53.
Stoke City (İngiltərə) – Valencia (İspaniya) - 0:1 (0:1)
Qol: Mehmet Topal, 36.
Trabzonspor (Türkiyə) - PSV (Hollandiya) - 1:2 (1:2)
Qollar: Olcan, 33 - Matavs, 6, Toyvonen, 11.
Udinese (İtaliya) - PAOK (Yunanıstan) - 0:0 (0:0)
Wisla (Polşa) - Standard (Belçika) - 1:1 (0:0)
Qollar: Genkov, 88 - Kriak, 28-pen.
Daha öncə keçirilmiş oyunlar:
14 fevral
Rubin (Rusiya) - Olympiakos (Yunanıstan) - 0:1 (0:0)
Qol: Torrijos, 71.
Matçın 78-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu Natço penaltidən yararlana bilməyib
Braga (Portuqaliya) – Beşiktaş (Türkiyə) - 0:2 (0:1)
Qollar: Sivok, 36, Simao, 58.
