15 fevral 2012 12:18
Qarabağ Bakıyla dueldə qələbə qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 20-ci turunun “Bakı” – “Qarabağ” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Sorğuya qatılan futbolsevərlərin rəyinə görə, sözügedən qarşılaşmada “Qarabağ” qalib gələcək. Belə ki, respondentlərin 43 faizi (113 səs) məhz ağdamlıların qələbəsinə inandığını ifadə edib.
“Bakı”nın qələbə qazanacağına isə nisbətən az adam inanır. Onlar 39 faiz təşkil edib (105 səs).
Qarşılaşmanın heç-heçə başa çatacağının düşünənlər isə 18 faizdi (49 səs).
