15 fevral 2012 12:36
Latviya yığmasının üzvü Simurqda
“Simurq” daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu yarımmüdafiəçi İqor Tarasovu heyətinə qatıb.
Klubdan verilən məlumata görə, 24 yaşlı futbolçu ilə mövsüm sonunadək müqavilə imzalanıb. Latviya yığmasının üzvü yeni klubunda 29 nömrəli formanı geyinəcək.
İqor Tarasov artıq Zaqatalada komanda ilə məşqlərə çıxıb.
