16 fevral 2012 01:50
İnter və Kəpəz bu bataqlıqda oynayacaq (FOTOLAR)
Premyer Liqanın 20-ci turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşacaq “İnter” ötən gün Gəncə stadionunda oyunöncəsi məşqə çıxıb. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhərinin mərkəzi arenasında meydançanın vəziyyəti arzuolunan səviyyədə deyil. Meydançadan qar tam təmizlənməyib, qazon isə pis vəziyyətdədi. Kaxaber Tsxadadzenin yetirmələri məşqdə fiziki hərəkətləri yerinə yetirməklə və topla hərəkətlərlə kifayətləniblər. Xatırladaq ki, “Kəpəz” – “İnter” qarşılaşması bu gün saat 14:00-da keçiriləcək.
