16 fevral 2012 14:44

“Bakı üzərində qələbə Qarabağın pik formada olmasından xəbər vermir”

“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya azerisport.az saytına müsahibəsində komandasının Premyer Liqanın 20-ci turundakı “Bakı” ilə oyununu şəhr edib. Gürcü futbolçu 3:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı öncə bunları dilə gətirib:

“Bu görüşdə biz çoxlu qol epizodları yaratdıq. Daha yaxşı oyun göstərməyə çalışırdıq. Bunun məntiqi nəticəsi kimi, bütün oyun boyu üstünlük bizdə idi. Amma görüşün nəticəsi bizim pik formada olduğumuz anlamına gəlməməlidi. Fikrimcə, biz hələ bundan sonra daha yaxşı oyun sərgiləyəcəyik”.
 
Adamiya “Bakı”nı darmadağın etmələrinin onun üçün gözlənilməz olduğunu deyir: “Düzünü deyim ki, mən belə böyük hesabla qələbə qazanacağımızı düşünmürdüm. Belə güclü komandaları bu cür hesablarla məğlub etmək həmişə xoşdu. Ümid edirəm ki, bundan sonra da yaxşı oyun göstərməyə davam edəcəyik. Belə qələbə qazanmağımızın hansısa xüsusi səbəbinin olduğunu demək çətindi. Biz sadəcə baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirdik, ələ düşən imkanlardan yararlandıq. Fikrimcə, qələbə istəyi də bizdə daha güclüydü. Həm də bizdə hər şey daha yaxşı alınırdı, nəinki “Bakı”da”.
 
Təcrübəli futbolçu rəqib komandadan da danışıb: “Bakı”nın yeni futbolçularını artıq indidən tənqid etmək düz olmazdı. Onlar üçün bu, hələ başlanğıcdı. Hər şey qarşıdadı. Daha bir neçə oyun lazımdı ki, onlar çempionata uyğunlaşsınlar. Bir oyunla nəsə demək çətindi”.
 
Adamiya öz komandasının yenilərindən olan Muarem Muaremin də debütünə toxunub: “O, yaxşı futbolçudu. Amma deməliyəm ki, o, oyundan iki gün öncə məşqlərə başlamışdı. Muaremə hələ komandaya uyğunlaşmaq üçün bir qədər vaxt lazımdı. Ümid edirəm ki, “Qarabağ”a fayda verəcək”.
 
Ağdam klubunun yarımmüdafiəçisi qarşıdakı turun “Kəpəz”lə oyununa da toxunub: “İndidən heç nə deyə bilmərəm. Rəqibin transferlərindən xəbərim yoxdu. Mövsümün qalan dövrünə necə hazırlaşdıqlarını da bilmirəm. Bizim onları daha yaxşı analiz etməyimizə ehtiyac var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.