16 fevral 2012 14:57
Vaqif Cavadovun cəriməsini Qarabağ ödəyəcək
"Qarabağ” Vaqif Cavadovun millidən imtina etməsinə görə kəsilən 5000 manatlıq cəriməni özü ödəyəcək. Azerisport.az xəbər verir ki, AFFA tərəfindən 5 oyunluq diskvalifikasiya olunan futbolçunun cəzasının yüngülləşdirilməsi üçün futbol qurumuna müraciət olunacağı gözlənilsə də, Ağdam klubu buna da ehtiyac duymayıb.
Belə olan halda böyük ehtimalla Cavadov komandasının daha 4 oyununda forma geyə bilməyəcək. O, yalnız altılıq oyunları zamanı “Qarabağ”a dönüşünü qeyd etmək imkanı qazanacaq.
