16 fevral 2012 15:23
Elxan Məmmədov: Azərbaycanda biznes aləmi futbola yaxın olmaq istəyir
Xəbər verdiyimiz kimi, İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında bu il Azərbaycanda təşkil olunacaq U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı görüş keçirilib. Azerisport.az xəbər verir ki, FİFA əməkdaşları dünya çempionatının yerli tərəfdaşları – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xalq Bank və Bakcell şirkətinin nümayəndələri ilə görüşüb. Tədbirdə çempionatın yerli tərəfdaşlarına FİFA-nın sertifikatı təqdim olunub.
Tədbir iştirakçıları AFFA-nın saytına fikirlərini bildiriblər. AFFA-nın baş katibi, Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov bunları dilə gətirib:
“Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. Bu sərəncam Azərbaycanda futbolun, ümumiyyətlə, idmanın inkişafına böyük təkan olacaq.
Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlərin dünya çempionatının sponsoru olması müsbət haldır. Bu gün Azərbaycan futbolu və biznes aləmi üçün mühüm bir gündür. Çünki bu il Azərbaycanda keçiriləcək U-17 qadınlararası dünya çempionatının yerli tərəfdaşları FİFA-nın mənzil-qərargahına dəvət olunub və FİFA nümayəndələri ilə görüş keçirilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda biznes aləmi futbola yaxın olmaq istəyir. Ölkə futbol ictimaiyyəti adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Xalq Bank-a və Bakcell şirkətinə minnətdarlığımızı bildiririk. Çünki adıçəkilən tərəfdaşlar bu il Azərbaycanda keçiriləcək böyük futbol bayramında futbol ailəsinin yanında olacaqlar
