16 fevral 2012 15:36
Beşiktaş qələbə qazandı deyə bığlarını qırxdırdı
“Beşiktaş”ın inzibatçısı Süreyya Söner komandası Avropa Liqasında Portuqaliyanın “Braga” klubunu səfərdə məğlub etdiyinə görə bığları ilə vidalaşmalı olub. Azerisport.az xəbər verir ki, Söner oyundan əvvəl komandanın portuqaliyalı futbolçusu Simao Sabrozaya “Braga”nı məğlub edə bilməyəcəklərini deyib.
Sabroza isə “Qalib gəlsək, bığlarını qırxacaqsan” deyərək onunla mərcləşib. “Qara qartallar” Portuqaliya təmsilçisini məğlub etdikdən sonra sözünün üstündə duran Soner bığları ilə vidalaşıb.
Qeyd edək ki, “Beşiktaş” Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda səfərdə “Braga”nı 2:0 hesabı ilə məğlub edib.
