16 fevral 2012 15:44
“Belə şəraitdə heç bir futbolçumuzun zədə almaması sevindirməyə bilməz”
“Simurq”un baş məşqçisi Sergey Yuran cəzalı olduğundan, Premyer Liqanın bu günkü “Qəbələ” ilə oyunundan sonra mətbuat konfransına da qatılmayıb. Azerisport.az xəbər verir ki, onu əvəzləyən köməkçisi İqor Yuşenko isə komandasının 0:1 hesablı yenilgisini belə dəyərləndirib:
“Hər iki komanda çoxlu qol epizodları yaratdılar. Təəssüf ki, biz öz imkanlarımızdan yararlana bilmədik. Altı xallıq oyundan qələbə ilə ayrılmağı çox istəyirdik. Təəssüf ki, bunu bacarmadıq. Amma belə havada, şəraitdə heç bir futbolçumuzun zədə almaması sevindirməyə bilməz”.