16 fevral 2012 16:00
Fatih Kavlak: Süni meydanda oynamaq çətin idi
“Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 20-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Dünən Premyer Liqada ikinci hissəyə start verildi. İlk oyunumuza çıxdıq, süni meydanda oynamaq çətin idi. 1:0 hesabı ilə qalib gəldik, futbolçularımı qələbə ilə təbrik edirəm”.
