16 fevral 2012 16:27
Yığmamızın heyəti açıqlandı
Fevralın 22-dən 29-a qədər Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək, fevralın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində «Dalğa Arena»da İslandiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Bernard Lippert yığmamıza 23 futbolçu cəlb edib.
Onların siyahısı aşağıdakı kimidi:
Qapıçılar: Əyyub Əliyev («Neftçi»), Osman Umarov («Qarabağ»), Səlahət Ağayev («İnter»).
Müdafiəçilər: Ruslan Tağızadə, Tərlan Quliyev (hər ikisi – «Sumqayıt»), Elvin Yunuszadə («Neftçi»), Qara Qarayev («Qarabağ»), Novruz Məmmədov («Bakı»), İlkin Qırtımov, Rüstəm Abbasov (hər ikisi – «Simurq»), Zahid Quliyev («Xəzər Lənkəran»), Əli Gökdəmir («Hannover 96», Almaniya).
Yarımmüdafiəçilər: Abdulla Abasiyev, Kamil Nurəhmədov, Emin Mustafayev, Eşqin Quliyev (hamısı – «Sumqayıt»), Mirhüseyn Seyidov, Cavid İmamverdiyev (hər ikisi – «Neftçi»), Rəhman Hacıyev («Bakı»), Araz Abdullayev («Panionios», Yunanıstan), Amit Quluzadə («Kayseri Erciyesspor», Türkiyə).
Hücumçular: Orxan Həsənov («Sumqayıt»), Tural İsgəndərov («Qarabağ»).
