16 fevral 2012 16:37

XL üçün 141-ci futbolçu, 15-ci debütant, 32-ci ölkə

Azərbaycan Premyer Liqasının 20-ci turu 2 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, xorvatiyalı Roberto Alviz və malili Sadio Tounkara karyeralarında ilk dəfə bu komandanın formasında meydana çıxdılar.
 
AZAL-la ev matçında iştirak edən yarımmüdafiəçilər “Xəzər Lənkəran” tarixinin bütün oyunçularının ümumi sayını artırdı. Bu matçadək 139 futbolçuya ağ-yaşıl formada rəsmi matça çıxmaq nəsib olmuşdusa, 61-ci dəqiqədə komanda yoldaşını əvəzləyən Alviz 140-cı, ondan 7 dəqiqə az oynayan Sadio 141-ci oldu.
 
Bununla da 2011/12 mövsümündəki debütantların sayı 15-ə çatdı. Onlara qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev də yeni komandalarında debüt etmişdilər.
 
Komandanın şərəfini qorumuş 141 oyunçudan 55-i yerli, 86-sı əcnəbidi. Sonuncu rəqəmin 86-ya çatmasında Alvizlə Tounkaranın da rolu olub. Belə ki, xorvatiyalı 85-ci, malili 86-cı olub. Onların hər ikisi öz ölkəsinin bu klubdakı ilk təmsilçisi kimi də tarixə düşüb. Belə ki, indiyədək “Xəzər Lənkəran”da oynamış legionerlər arasında Xorvatiya və Mali vətəndaşı olmamışdı. Bununla da komandada təmsil olunan ölkələrin sayı da 32-yə çatdı: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Mali – hərəsi 1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.