16 fevral 2012 16:45
“Komandamın oyunundan razı qalmadım”
"Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 20-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
”Turan”la oyunun çətin keçəcəyini gözləyirdik. Rəqimizin heyətində bir neçə təcrübəli oyunçu var. Komandamın oyunundan razı qalmasam da, qalib gələ bildik”.
