16 fevral 2012 16:51
Əsgər Abdullayev: Beş günə yığılmış komanda ilə meydana çıxmışdıq
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 20-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Beş günə yığılmış komanda ilə meydana çıxmışdıq. Ona görə də bu oyunun bizim üçün çətin olacağını əvvəlcədən bilirdik. Düşündüyümüz kimi də oldu. Oyun bizim üçün ağır keçdi. “Rəvan” komandasına gələcək oyunlarda uğurlar arzulayıram”.
