16 fevral 2012 17:02
Fuad İsmayılov: Bu da müəyyən qədər təsirini göstərdi
“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov Premyer Liqanın 20-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Bundan əvvəlki tur hava şəraiti ilə əlaqədar olaraq təxirə salındı. Bu da müəyyən qədər təsirini göstərdi. “İnter” həm evdə, həm də səfərdə inamlı oynayır. Komandamız yaxşı oyun göstərdi. Lakin unutmamalıyıq ki, oyun yalnız 90 dəqiqə oynanılmır. “İnter”ə növbəti oynlarda uğurlar arzulayıram”.
