16 fevral 2012 17:24
Samir Abasov: Hələlik zədəmin nə dərəcədə ciddi olduğunu deyə bilmərəm
“Sumqayıt”ın kapitanı Samir Abasov Premyer Liqanın 20-ci turunun “Neftçi” ilə oyununda zədələnməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində təcrübəli müdafiəçi bunları dilə gətirib:
“Pəncəmi yerə basa bilmirəm. Dünənki oyun zamanı onu uğursuz şəkildə əzdim. Əgər ağrı kəsməsə, ayağımı rentgenə saldırmalı olacam. Odu ki, hələlik zədəmin nə dərəcədə ciddi olduğunu deyə bilmərəm. Əgər hər şey ciddi olsa, o zaman bir neçə oyunu buraxmalı olacağam”.