16 fevral 2012 18:22
Kazbek Tuayev: Abdullayevin prezident seçiləcəyinə şübhə yoxdu
Azərbaycan futbolunun veteranlarından olan Kazbek Tuayev azerisport.az saytına müsahibəsində qarşıdakı AFFA prezidentliyinə seçkilərdən danışıb. O, öncə Vaqif Cavadovun cəzasının azaldılması ilə bağlı AFFA-ya müraciət etmələrindən danışıb:
- Bir həftə öncə ölkənin aparıcı futbol veteranları AFFA prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədova müraciət ünvanladılar. Müraciətdə Vaqif Cavadovun cəzasının yüngülləşdirilməsi xahiş olunub. 5 matçlıq diskvalifikasiya çoxdu. Hətta ötən il Runinin də diskvalifikasiyasını azaltmışdılar. Azərbaycan futbolunu da belə oyunçularsız qoymaq olmaz. Vaqif Cavadova şans verilməlidi ki, o, özünü göstərə bilsin. Onda Foqts da bu futbolçunu yığmaya çağırar.

- Martın 9-da AFFA prezidentliyinə seçkilər olacaq...
- Heç bir şübhə yoxdu ki, Abdullayev yenidən prezident seçiləcək. Mən ona sadəcə alternativ görmürəm. O, öz müddətində yaxşı işləyib. İndi müəyyən təcrübə də toplayıb və işini davam etdirməlidi.
- Bəs AFFA İcraiyyə Komitəsinin tərkibi barədə nə deyərdiz?
- Mən futbol funksioneri yox, idman fəalıyam. Veteranları mövcudluğu yalnız AFFA-nın istəyindən asılıdı. Fikrimcə, biz böyük iş görmüşük. Ölkədə futbolun təbliğ olunmasında fəal iştirak etmişik. İnanın ki, mən ora gözümü dikməmişəm. Amma yenidən güvənsələr, futbolumuzun inkişafı üçün çalışmağa hazıram.

- İcraiyyə Komitəsinin son illərdəki işini necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, İK Azərbaycan futbol həyatında fəal iştirak edib. Amma şübhəsiz ki, bu işi daha da təkmilləşdirmək olar.

- Sizcə, İK-da daha çox futbol funksionerləri olmalıdı, yoxsa veteranlar?
- Onlardan da olmalıdı, bunlardan da. Hərəsi bir işlə məşğul olur. Hamısı Azərbaycan futbolunun inkişafı üçün məsuliyyət daşıyır.

- İK-da 3 veteran olmasına rəğmən, onların rolu o qədər də hiss olunmurdu...
- Veteransız gələcək yoxdu. Avropa klublarında bunu başa düşürlər. Klubda da belə mütəxəssislər çalışmalıdılar. Amma bizdə belə şey yoxdu. AFFA veteranlara yardım edir. Böyükağa Ağayev xəstə idi. Yalnız maliyyə köməkliyindən sonra ayağa qalxa bildi. Klublardan isə arada “Neftçi” yardım göstərir. Amma veteranları yalnız bir klub düşünə bilməz.