17 fevral 2012 00:04
İki vəsiqəyə dörd namizəd qaldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, qış fasiləsindən sonrakı ilk turun son oyun günündə də 3 qarşılaşma baş tutdu.
Günün ən maraqlı qarşılaşmalarından biri Zaqatalada “Simurq”la “Qəbələ” arasında keçirildi. Meydan sahibləri matçın sonlarında qapılarından top buraxaraq, minimal hesabla uduzdular. Bu məğlubiyyət nəinki “Simurq”, hətta “Kəpəz”i də ilk “altılığ”a vəsiqədən rəsmən məhrum etdi. Çünki “Qəbələ” 9-10-cu pillələrdəki komandalardan 10 xallıq fərqə yiyələndi. Yəni son 3 turda bu fərqi aradan qaldırmaq artıq riyazi baxımdan da mümkün deyil. Hansı ki, daha öncə “Sumqayıt” və “Turan” da bu imkandan məhrum olmuşdu.
“Rəvan” isə ilk “altıllığ”a iddiasını Bakıda “Turan” üzərində qazandığı qələbə sayəsində davam etdirdi. Qollardan ikisini yeni transfer Nemanya Vidakoviç vurdu. Serbiyalı hücumçunun xüsusilə ilk qolu gözəlliyi ilə yadda qaldı. Bu qələbədən sonra “Rəvan” turnir cədvəlində AZAL-ı keçərək 7-ci pilləyə qalxdı.
“Kəpəz” Gəncə şəhər stadionunun əlverişsiz vəziyyətdə olması üzündən “İnter”i Yevlaxda qəbul etdi. Matçın favoriti sayılan qonaq komanda istəyinə matçın sonlarında çatdı. “Bankirlər”in qələbə topunu isə Nizami Hacıyev vurdu. Nəticədə, paytaxt klubu bir gün əvvəl itirdiyi ikinci pilləni “Xəzər Lənkəran”dan təhvil almış oldu.
Qeyd edək ki, ilk “altılıq”dakı yerlərini hələ mövsümün birinci yarısında təmin etmiş “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”ə 20-ci turun oyunlarından sonra heç bir komanda qoşulmayıb. Lakin “Qarabağ” final mərhələsinə xeyli yaxınlaşıb. Son 2 vəsiqə uğrunda mübarizə isə çox güman ki, “Bakı” və “Qəbələ” ilə onları təqib edən AZAL-la “Rəvan” arasında gedəcək.
Premyer Liqa
20-ci tur
Rəvan - Turan - 2:1 (2:1)
Qollar: N.Vidakoviç, 17 (1:0), C.Tağıyev, 45 (1:1), N.Vidakoviç, 45+1 (2:1).
Vərəqələr: Taqim Novruzov, 48 (rəqibə qarşı kobud oyun) - Ayxan Abbasov, 25 (rəqibə qarşı kobud oyun), Cavad Mirzəyev, 33 (rəqibə qarşı kobud oyun), Ruslan Abbasov, 50 (rəqibə qarşı kobud oyun), Aleksandr Qoqoberişvili, 82 (rəqibə qarşı kobud oyun) – sarı.
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
16 fevral 2012. Bakı. "Dalğa Arena" stadionu. 500 tamaşaçı.
Rəvan: 61. İvan Vasilyev, 3. Miloş Zeçeviç (k), 6. Taqim Novruzov, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 11. Şerif Suma, 13. Fərid Həşimzadə, 15. Tural Cəlilov (9. Vüsal Qarayev, 77), 17. Ramazan Abbasov (90. Sergey Çernışev, 90+1), 18. Samuel Barlay, 20. Kristian Torres (14. Sergey Artyux, 72).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 7. Elvin Musazadə, 24. Hüseyn İsgəndərov, 25. Ramil Nuriyev.
Baş məşqçi: Bəhmən Həsənov.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 5. Ayxan Abbasov (20. Azər Məmmədov, 46), 10. Nadir Nəbiyev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 22. Cavad Mirzəyev, 21. Rəşad Orucov, 29. Seydu Salifus (19. Ruslan Abbasov, 46), 32. Cavid Tağıyev, (17. Rəşad Piriyev, 68), 33. Rəşid Həsənov.
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 4. Seymur Tağıyev, 8. Asəf Qədiri, 16. Orxan İsmayılov.
Baş məşqçi: Əsgər Abdullayev.
Simurq - Qəbələ - 0:1 (0:0)
Qol: Viktor Mendi , 81
Vərəqələr: Nicat Qurbanov, 74 (qeyri-idman hərəkəti) - Mahir Şükürov, 56 (qeyri-idman hərəkəti), Bruno da Silva, 60 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
16 fevral 2012. Zaqatala şəhər stadionu. Tamaşaçı yoxdu
Simurq: 32. Dmitri Kramarenko, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 7. Ruslan Poladov, 28. Rüstəm Abbasov, 4. Vasili Yanatovski, 10. Tofiq Mikayılov (15. Nicat Qurbanov, 46), 8. Qərib İbrahimov (29. İqor Tarasov, 46), 77. Daniel Genov (14. Andrey Rubin, 86), 21. Emin Cəfərquliyev, 19. Anatoli Doroş.
Ehtiyat oyunular: 1. Fuad Əhmədov, 5. Rəşad Eyyubov, 23. Ruhid Usubov, 9. Əli Bağırov.
Məşqçi: İqor Yuşenko.
Qəbələ: 12. Pavel Doroşev, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan (10. Deon Barton, 72), 18. Aleksadr Çertaqanov (21. Elmar Baxşıyev, 86), 20. Stiv Olfers, 24. Tərzin Cahangirov, 26. Daniel Lopez Kruz, 77. Dodo (7. Yaşar Abuzərov, 90+2).
Ehtiyat oyunçular: 30. Qrem Smit, 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu, 34. Ürfan Abbasov.
Baş məşqçi: Fatih Kavlak.
Kəpəz - İnter - 0:1 (0:0)
Qol: Nizami Hacıyev, 89.
Vərəqələr: Nikolay Svejentsev, 44 (bilərəkdən əllə oyun), Sabir Allahquliyev, 61 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
16 fevral 2012. Yevlax şəhər stadionu. 700 tamaşaçı
Kəpəz: 22. Tural Abbasov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov (17. Renat Sultanov, 66), 4. Azər Məmmədov (k), 25. İon Arabaci, 27. Pərvin Paşayev (19. Zaur Əsədov, 57), 18. Nikolay Svejentsev, 14. Dmitri Parxaçov, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko (23. Junivan Suares, 81).
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 9. Ceyhun Əhmədov, 16. Nail Məmmədov, 33. Təbriz Hüseynli.
Baş məşqçi: Fuad İsmayılov.
İnter: 1. Georgi Lomaya, 2. Xəyal Mustafayev, 4. Valeri Abremidze, 6. Samir Zərgərov, 11. Asif Məmmədov (8. Nizami Hacıyev, 46), 13. Bronislav Çervenka, 14. Peter Zlatinov (10. Asif Mirili, 78), 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 22. Peter Xrappan (20. Girt Karlson, 84), 28. Baçana Tsxadadze
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 16. Elnur Abdulov, 29. Əziz Quliyev, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Qeyd edək ki, turun digər oyunları bir gün öncə keçirilmişdi: Sumqayıt – Neftçi - 0:3, Bakı – Qarabağ - 0:3, Xəzər Lənkəran – AZAL - 1:0.
|
1
|
Neftçi
|
19
|
13
|
1
|
5
|
40-16
|
40
|
|
2
|
İnter
|
19
|
11
|
6
|
2
|
18-9
|
39
|
|
3
|
Xəzər Lənkəran
|
19
|
11
|
5
|
3
|
28-17
|
38
|
|
4
|
Qarabağ
|
19
|
9
|
5
|
5
|
23-14
|
32
|
|
5
|
Bakı
|
19
|
8
|
5
|
6
|
23-19
|
29
|
|
6
|
Qəbələ
|
19
|
8
|
5
|
6
|
19-19
|
29
|
|
7
|
Rəvan
|
19
|
6
|
7
|
6
|
24-23
|
25
|
|
8
|
AZAL
|
19
|
6
|
5
|
8
|
26-29
|
23
|
|
9
|
Simurq
|
19
|
5
|
4
|
10
|
18-28
|
19
|
|
10
|
Kəpəz
|
19
|
4
|
4
|
11
|
21-35
|
16
|
|
11
|
Sumqayıt
|
19
|
4
|
3
|
12
|
13-26
|
15
|
|
12
|
Turan
|
19
|
3
|
2
|
14
|
11-28
|
11
|
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL), Flavinyo (Neftçi)
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ).
