16 fevral 2012 11:31
Kəpəz - İnter: Həm məkan, həm də başlama vaxtı dəyişdirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun "Kəpəz" - "İnter" oyununun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, Gəncə şəhər stadionunun ot örtüyünün pis vəziyyətdə olması ilə əlaqədar olaraq "Kəpəz" - "İnter" qarşılaşması Yevlax şəhər stadionunun əsas meydançasında keçiriləcək. Oyun başlama vaxtı saat 14:30-du.
Premyer Liqa
20-ci tur
16 fevral (cümə axşamı)
Kəpəz - İnter
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
Yevlax şəhər stadionu, əsas meydança. Saat 14:30.
