16 fevral 2012 11:26
“Bakıda hər şey göründüyü qədər də pis deyil”
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Vilson azerisport.az saytına müsahibəsində Premyer Liqanın 20-ci turunun “Qarabağ”la oyununu, eləcə də komandasının durumunu şərh edib.
- 2012-ci ilə belə ağır məğlubiyyətlə (0:3) başlayacağınızı gözləyirdizmi?
- Xeyr. Biz buna layiq deyildik. Əlbəttə, bizim yaxşı oynadığımızı da demək çətindi. Amma hər halda daha artığına nail ola bilərdik, nəinki belə darmadağına.

- Bəs bu darmadağına nə səbəb oldu?
- Düzünü deyim ki, ikinci hissəyə biz 0:1 hesablı məğlubiyyətdən qurtulmaq üçün çıxmışdıq. Amma hissə başlayan kimi növbəti qolu buraxmağımız bizim oyunumuza ciddi təsir etdi. Baxmayaraq ki, hər şey bizim üçün o qədər də pis başlamamışdı. Hər halda ilk dəqiqələr məhz bizim hücumlarla yadda qaldı.

- Ola bilər ki, “Bakı” hələ də çempionata hazır deyil?
- Mən belə deməzdim. Biz yaxşı hazırlıq mərhələsi keçdik. Komandamıza yeni futbolçular cəlb olundular. Ola bilər ki, onlara zaman lazımdı. Onlar komandaya uyğunlaşandan sonra “Bakı” da daha yaxşı, sabit oyun göstərməyə başlayacaq.

- Komandanız Türkiyə toplanışı zamanı da keçirdiyi altı sınaq matçının hamısında məğlub olmuşdu...
- Gəlin həmin oyunları rəsmi matçlarla müqayisə etməyək. Bunlar tam fərqli şeylərdi. Əlbəttə ki, bizə də bütün oyunlarda uduzmaq çox utandırıcıdı.
- Komanda məğlub olmağa davam edir...
- Deməli, bunun qarşısını almaq lazımdı. Komandada hamı bunun ciddiliyini başa düşür. Turnir vəziyyətimiz bizi buna məcbur edir.
- Sizcə, qarşıdakı “Simurq”, “Neftçi” və “İnter”lə oyunlarda bu problemləri yoluna qoymaq mümkün olacaq?
- Mən deməzdim ki, “Bakı”da hər şey o qədər də pisdi. Altılıq oyunlarına kimi daha da yaxşı olmalıdı. Şübhəsiz ki, oyunumuz yaxşılaşdıqca, nəticələrimiz də düzələcək. Bizə bu şəkildə xal itirmək olmaz.

- İspaniyalı Kokenin oyununu necə qiymətləndirərdiz?
- Onu boşuna tərifləmirlər. O, yüksək səviyyəli futbolçudu. Əminəm ki, bu mövsüm komandamıza köməyi dəyəcək. Sadəcə, digərləri kimi, ona da vaxt lazımdı.