16 fevral 2012 12:44
Yığmamızın seleksiya xarakterli toplanışı olacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, komandamız fevralın 26-dan 29-a qədər Bakı şəhərində seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Toplanışa dəvət olunmuş futbolçuların siyahısı hələ dəqiqləşdirilməyib.
