17 fevral 2012 01:18
Bakının 8 futbolçusu milli komandada
Futbol üzrə Azərbaycan U-17 yığması 17-28 fevral tarixləri arasında Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, "Bakı" futbol klubunun da 16-17 yaşlı 8 gənc futbolçusu U-17-nin düşərgəsinə dəvət alıb.
Bu barədə məlumatı paytaxt klubunun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, bunlar Əlimərdan Əlimərdanlı, Valeh Seyidov, Yusup Hakimov, Akif Ağayev, Ülvi Süleymanov, Şahvələd Məhərrəmov, Təyyar Məmmədov və Əsfər Məmmədovdu. Adıçəkilən futbolçular cümə günündən etibarən milli komandanın sərəncamında olacaqlar.
