17 fevral 2012 13:15
Yığmamızın forvardı İspaniya klubu ilə yollarını ayırır
Futbol üzrə gənclərdən ibarət yığmamızın hücumçusu Rizvan Umarov İspaniyanın “Deportivo Kastelyon” klubuyla yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, buna üçüncü divizionda çıxış edən klubun qeyri-sabit maliyyə durumu səbəb göstərilir.
Komandanın heç də yaxşı günlərini yaşamaması kollektivə də təsirini göstərə bilər. İspaniya mətbuatı oyunçuların maaşlarını vaxtında ala bilmədiklərini qeyd edir. Bu üzdən də “Deportivo Kastelyon”un bir çox oyunçuları ilə yanaşı Umarovun da özünə yeni iş yeri axtarması istisna olunmur.
