17 fevral 2012 13:58
Qəbələ - Xəzər Lənkəran matçı fərqli məkanda
Qeyri-sabit və qarlı hava şəraiti Premyer Liqanın 21-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” matçının məkanının dəyişdirilməsinə səbəb olub. Azerisport.az xəbər verir ki, Qəbələ Şəhər Stadionu qar örtüyü altında qaldığına görə qarşılaşma Qəbələ Rayonu Böyük Əmili kənd stadionunda baş tutacaq.
Sözügedən süni ot örtüklü stadion “Qəbələ” FK tərəfindən inşa olunub və bütün müasir standartlara cavab verir.
Xatırladaq ki, Premyer Liqanın təsnifat mərhələsinin ikinci dövrəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçı da eyni səbəbdən Böyük Əmilidə baş tutmuşdu.
