17 fevral 2012 14:09
Sumqayıt Banişevskinin xatirə bturnirinə qələbəylə başladı
Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirə start verilib. Azerisport.az xəbər verir ki, “Sumqayıt” Futbol Klubunun 1998-99-cu il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilk oyununda “Neftçi İSM” üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan hər iki qolu Vüsal Buludlu vurub.
“Sumqayıt” növbəti oyununu fevralın 18-də saat 13:00-da “Əlincə” komandasına qarşı keçirəcək.
Nəzərinizə çatdıraq ki, turnirdə 1998-99-cu il təvəllüdlü futbolçulardan təşkil olunmuş 8 komanda 2 qrupda mübarizə aparır.
