17 fevral 2012 14:55

Lyubo Baranin: XL bizdən qorxmalıdı, biz onlardan yox

"Qəbələ”nin müdafiəçisi Lyubo Baranin azerisport.az saytına müsahibəsində Premyer Liqanın 20-ci turunun “Simurq”la oyunundan (1:0), eləcə də “Xəzər Lənkəran”la qarşıdan gələn matçda şanslarından danışıb. O, Zaqataladakı görüşlə bağlı öncə bunları dilə gətirib:

“Bu, bizim üçün çox vacib oyun idi. Birinci hissədə bizdə heç də hər şey alınmadı. Amma fasilədən sonra topa nəzarəti ələ keçirdik. Nəhayət, Viktor Mendiylə qol vurmağı da bacardıq. Bu üç xal bizə çox lazım idi. Şadam ki, istəyimizə çatdıq”.
 
Baraninin sözlərinə görə, komanda yoldaşları yalnız fasilədə toparlanmağı bacarıblar: “Birinci hissədə “Simurq” topa daha çox nəzarət edirdi. Xeyli qol vəziyyətləri də oldu. Bizdə isə oyun getmirdi. Çünki komanda oyununa yox, fərdi oyuna üstünlük verirdik. Hər kəs özünü göstərmək istəyirdi. Amma fasilədə öz aramızda söhbətləşdik və qərara gəldik ki, gücümüzü toplayıb, öz oyunumuzu sərgiləmək lazımdı. Nəticədə, ikinci 45 dəqiqədə ilk yarıya nisbətən daha yaxşı oynadıq. Rəqibin heç nə edə bilmədiyi aşkar görünürdü. Səhv etmirəmsə, ikinci hissədə onlar heç qapımıza zərbə də endirə bilmədilər”.
 
Təcrübəli futbolçu komandasının yeni transferlərini də dəyərləndirib: “Kamanan çox çalışdı, qaçdı, mübarizə apardı. Amma bu, onun Azərbaycan çempionatındakı ilk oyunu idi. Fikrimcə, bu üzdən onun özünü göstərməsi mümkün olmadı. Zamanla o, komandaya daha yaxşı uyğunlaşacaq və faydalı olacaq. Elmar Baxşiyev isə oyunun yalnız son beş dəqiqəsində meydanda oldu. Bu müddətdə nəsə etmək isə mümkünsüzdü”.
 
“Qəbələ”nin futbolçusu ilk altılıq uğrunda mübarizəyə də toxunub: “İndi əsas izləyicilərimizi – “Rəvan”la AZAL-ı bir neçə xal qabaqlayırıq. Amma altılıq oyunlarına hələ bir neçə tur qalır. Odu ki, uğurdan danışmaq tezdi. Artıq növbəti turda bizi “Xəzər Lənkəran”la ağır oyun gözləyir. Məlum olduğu kimi, bu oyun bizim bu ilki ikinci matçımız olacaq. Fikrimcə, 2012-ci ildəki növbəti oyunumuzda daha yaxşı təsir bağışlayacağıq”.
 
Baranin “Xəzər Lənkəran” barədə danışarkən bunları vurğulayıb: “Xəzər Lənkəran”ın AZAL-la son oyununa baxdım. Lənkəranlılar yaxşı oyun göstərdilər. Onlarda ümumiyyətlə çox yaxşı kollektiv var, bütün xətləri güclüdü. Bəzi yeni futbolçularla gücləniblər. Həmin oyunçular barədə isə heç nə deyə bilmərəm. Onların komandaya nə dərəcədə faydalı olduğunu da zaman göstərəcək. Yenilərin oynayıb-oynamamasından asılı olmayaraq, bu komandanın necə sürətli oyun sərgilədiyi məlumdu. Digər tərəfdən biz bu komandayla doğma meydanda qarşılaşacağıq. Odu ki, “Xəzər Lənkəran” bizdən qorxmalıdı, biz onlardan yox”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.