17 fevral 2012 15:15
Azarkeşləri Xəzər Lənkəranı ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakı” – “Qarabağ” matçında “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Rəvan” – “Turan” matçında “Turan”-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
