17 fevral 2012 15:33
Qarabağ, Turan və Xəzər Lənkəranın futbolçusuna 4 oyunluq cəza
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakı” – “Qarabağ” matçının 65-ci dəqiqəsində “Qarabağ”-ın futbolçusu Kamil Hüseynov aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – AZAL matçda “Xəzər Lənkəran”-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Fikrət Ulduzlun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Sumqayıt” – “Neftçi” matçda “Sumqayıt”-ın futbolçusu Aydın Qasımov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Kəpəz” – “İnter” matçının 89-cu dəqiqəsində “İnter”in məşqçisi Üzeyir İbrahimov hakimlərin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Simurq” – “Qəbələ” matçında “Qəbələ”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Simurq”un futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Rəvan” – “Turan” matçında “Rəvan”ın 4, “Turan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Oyunun 61-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Muxtar İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Oyunun 63-cü dəqiqəsində “Turan”ın futbolçusu Səbuhi İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
