17 fevral 2012 16:14
PFL təqvimdə yenə dəyişiklik etdi
Futbol üzrə Azərbaycan birinci divizionunun təqvimində növbəti dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkə ərazisində hökm sürən kəskin hava şəraiti ilə əlaqədar olaraq 16-cı turun bütün görüşlərinin 28 mart 2012-ci il tarixində keçiriləcəyini və 17-ci turun “Şəmkir” – “Bakılı” və “Göyəzən” – “MKT-Araz” matçlarının keçiriləcəyi stadionların ot örtüyününün yararsız vəziyyətdə olmasını nəzərə alaraq PFL prezidenti Ramin Musayev aşağıdakı qərarların qəbul edilməsinə əmr verib:
Birinci divizionun 23-cü turunun bütün görüşləri 30 mart 2012-ci il tarixindən 1 aprel 2012-ci il tarixinə keçirilsin.
Birinci divizionun 17-ci turunun “Şəmkir” – “Bakılı” və “Göyəzən” – “MKT-Araz” matçları 18 fevral 2012-ci il tarixindən 25 aprel 2012-ci il tarixinə keçirilsin.
