17 fevral 2012 16:44

Berti Foqts millinin heyətini açıqladı

Fevralın 22-dən martın 1-nə qədər Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində fevralın 24-də Sinqapur, fevralın 27-də Hindistan, fevralın 29-da isə Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts yığmamızın düşərgəsinə 26 futbolçu dəvət edib.
 
Milliyə dəvət alan oyunçular arasında 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 6 hücumçu yer alıb. Bu futbolçulardan əksəri ilk dəfədi yığmamıza dəvət olunub. Məsələn, Cihan Özkara, Rizvan Umarov, Murad Ağayev və daha bir neçə futbolçu ilk dəfə əsas millimizin sıralarına cəlb olunub.
 
Foqts yığmanın üçüncü qapıçısı Aqil Məmmədova dəvət göndərməyib. Əvəzində “Turan”dan Anar Nəzirov milliyə çağırılıb.

“Qəbələ”nin oyunçuları – Vurğun Hüseynov, Arif İsayev, Murad Hüseynov, AZAL-dan Elşən Məmmədov, “Neftçi”dən Ruslan Əmircanov, “Qarabağ”dan Maksim Medvedev, Namiq Yusifov, “Bakı”dan Cəmşid Məhərrəmov və Fabio Luis Ramin toplanışa dəvət almayıb.

Yunanıstanın “Panionios” klubunda çıxış edən Araz Abdullayevlə Türkiyənin “Erciyəsspor” klubunda top qovan Amit Quluzadə U-21-ə çağırıldığından əsas millidən kənarda qalıb.

Yığmamıza çağırılan futbolçuların tam siyahısı aşağıdakı kimidi:
 
Kamran Ağayev – «Xəzər Lənkəran»
Andrey Popoviç – «Sumqayıt»
Anar Nəzirov – «Turan»
Rəşad Sadıqov – «Qarabağ»
Vladimir Levin – «İnter»
Bədavi Hüseynov – «Sumqayıt»
Rail Məlikov – «Neftçi»
Elnur Allahverdiyev – «Xəzər Lənkəran»
Ufuk Budak – «Frayburq» (Almaniya)
Hacı Əhmədov – «Sumqayıt»
Ruslan Abışov – «Neftçi»
Aleksandr Çertoqanov – «Qəbələ»
Rəşad Sadiqov – «Qarabağ»
Rahid Əmirquliyev – «Xəzər Lənkəran»
Aqil Nəbiyev – AZAL
Mahir Şükürov – «Qəbələ»
Əfran İsmayılov – «Qarabağ»
Nizami Hacıyev – «İnter»
Arif Daşdəmirov – «İnter»
Murad Ağayev – UGİM 80 (Rusiya)
Rizvan Umarov – «Deportivo Castelyon» (İspaniya)
Branimir Subaşiç – «Xəzər Lənkəran»
Vüqar Nadirov – «Qarabağ»
Rauf Əliyev – «Qarabağ»
Vüqar Əsgərov – «Metallurq» (Liepaya, Latviya)
Cihan Özkara – «Sivasspor» (Türkiyə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.