17 fevral 2012 16:59
Futbol ictimaiyyətini çaş-baş salan transfer (FOTO)
Futbol ictimaiyyətinin təəccübünə səbəb olan bir transfer baş tutub. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bir həftə əvvəl hücum etdiyi komandaya keçib.
Xatırladaq ki, ötən həftə Antalyada keçirilən “Toros Cup”un ÇSKA (Sofiya) – Dinamo (Buxarest) oyununda Bolqarıstan klubunun üzvü Mişel Platini rəqib komandanın üzvlərinə hücum etmiş, meydanda dava düşmüşdü. Ötən gün isə o, “Dinamo”ya transfer olunmaqla hamını təəccübləndirib.
