17 fevral 2012 17:06
“Neftçi bizdən güclüdü”
Futbol üzrə Azərbaycan millisinin, eləcə də “Sumqayıt”ın qapıçısı Andrey Popoviç Premyer Liqanın 20-ci turu çərçivəsində baş tutan “Neftçi” ilə oyunlarını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:3 hesabıyla uduzduqları oyunla bağlı bunları dilə gətirib:
“Birinci hissə ərzində biz yaxşı dayandıq. Rəqibə qapımız qarşısında təhlükə yaratmağa da imkan vermirdik. Amma ilk yarının sonuna 30 saniyə qalmış qapımızda qol gördük. Hansı ki, o qolu da adi bir səhv nəticəsində buraxdıq. Amma onu da etiraf etmək lazımdı ki, “Neftçi” bizdən güclüdü. Bunu görmək çətin deyildi”.