17 fevral 2012 17:11
Nazim Süleymanov yenidən yığmamızda!
AZAL-ın sabiq baş məşqçisi, son dövrlər işsiz olan Nazim Süleymanov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, o, Azərbaycan milli komandasının fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında baş məşqçinin köməkçisi kimi iştirak edəcək. Bu isə onun yenidən milliyə dönüşü anlamına gəlir.
Xatırladaq ki, Nazim Süleymanov vaxtilə əsas millimizdə çalışıb. Bu, onun yığmamıza ikinci qayıdışıdı. Görünür, özünə yeni köməkçi axtaran Berti Foqts seçimini məhz sabiq bu mütəxəssis üzərində edib.
