17 fevral 2012 17:56

Vaqif Sadıqov: Anjiyə qayıtmağa hazıram

Rusiyanın “Anji” klubunun sabiq məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Qus Hiddinkin Mahaçqala klubuna baş məşqçi təyinatından, qonşu ölkəyə qayıtmaq şanslarından, Hacı Hacıyevin "Bakı"ya mümkün gəlişindən və klubların baş məşqçilərinin millinin toplanışına dəvət olunmasından danışıb.
 
- Keçmiş komandanıza yeni baş məşqçi təyin olunub. Bundan xəbəriniz var?
- Xeyr, heç bir məlumatım yoxdu.

- “Anji”ni bundan sonra Qus Hiddink çalışdıracaq. Sizin üçün bu, nə dərəcədə gözləniləndi?
- Mən buna təəccüblənmirəm. Hollandiyalı mütəxəssisin “Anji”nin baş məşqçisi olacağına dair danışıqlar hələ mən Mahaçqalada çalışdığım dövrlərdə də var idi. Hiddink Rusiya futbolu üçün tanış mütəxəssisdi. O, bu ölkənin futbol mətbəxini yaxşı bilir və uğur qazana bilər.
 
- Bu əminlik sizdə hardandı?
- Hiddink artıq yüksək səviyyəli mütəxəssis olduğunu isbatlayıb. Fikir versək, onun PSV-də, Rusiya, Avstraliya və Cənubi Koreya yığmalarında necə uğur qazandığını görərik. Əgər klub rəhbərliyi onu baş məşqçi postuna gətirməyə qərar veribsə, deməli, Hiddink ən optimal variantdı.
 
- Sizi təsadüfən geri qaytarmazlar?
- Hələ heç bir zəng olmayıb. Amma əgər mənim köməyim lazım gəlsə, hər zaman qayıtmağa hazıram. “Anji” mənim üçün doğma klubdu. Bundan sonra da o komandaya azarkeşlik edəcəyəm.
 
- Razısız ki, qısa müddət ərzində bu qədər baş məşqçi dəyişikliyi oyunçulara da ağır gələcək? Öncə Hacı Hacıyev, ardından Yuri Krasnojan, indi də Qus Hiddink...
- Əlbəttə, baş məşqçiylə bağlı sabitliyə nail olunması yaxşı olardı. Çünki hər baş məşqçinin öz oyun fəlsəfəsi var. Futbolçuların da ona uyğunlaşması üçün zamana ehtiyacı var.
 
- “Bakı” hazırda heç də yaxşı günlərini yaşamır. İndi istənilən xal itkisinin Aleksandr Starkovun qovulmasıyla nəticələnəcəyi deyilir. Onun postuna əsas namizədlərdən biri kimi isə Hacı Hacıyev göstərilir. Rusiyalı mütəxəssis “Bakı”ya baş məşqçi gəlsə, sizi də bu komandada görə bilərikmi?
- Mən heç bir baş məşqçiyə təzyiq altında çalışmağı arzulamıram. Bu, çox çətindi. Ümid edirəm ki, Starkov “Bakı”da uğur qazana biləcək. Hacı Hacıyev variantına gəlincə, mən bu haqda heç nə eşitməmişəm. Belə bir şeyi müzakirə etməyi də istəməzdim.
 
- Yaxşı, onda sualı belə qoyaq? Hacıyev kimi böyük təcrübəyə malik məşqçilər Azərbaycan futboluna lazımdımı?
- Hacıyev istənilən çempionatı bəzəyə bilər. Mən onu həmişə öz müəllimim saymışam və bundan da sonra elə adlandıracam. Özü də tək mən yox. Arif Əsədov, Qurban Qurbanov, Kaxaber Tsxadadze də bu mütəxəssislə işləyib. O, həmişə özünü ən yaxşı tərəfdən göstərən mütəxəssis olub.
 
- AFFA-nın Premyer Liqa klublarının çalışdırıcılarını millinin Dubay toplanışına aparmasını necə qarşıladınız?
- Baxır kim və niyə çağırır? Əgər təşəbbüs AFFA tərəfindəndirsə və klubların baş məşqçiləriylə millinin çalışdırıcısı arasında əlaqələrin qurulması məqsədi daşıyırsa, bunu alqışlamaq lazımdı. Əgər dəvəti Berti Foqts özü edibsə və komandanın son durumunu, yoldaşlıq oyunları üçün futbolçuların durumunu müzakirə etmək məqsədi güdürsə, bu da pis deyil. Amma məqsəd yalnız futbolçuları necə hazırladıqlarını klub məşqçilərinə göstərməkdisə, bu, o qədər də yaxşı hal deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.