21 fevral 2012 16:24

XL Qəbələyə uduzdu, Neftçi və AZAL qazandı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 3 qarşılaşma keçirilib.
 
Turun mərkəzi oyununda "Qəbələ" "Xəzər Lənkəran"la üz-üzə gəlib. Hesabı qonaqlar açsa da, meydan sahibləri sonda əzmkar qələbə qazanmağı bacarıblar. Bu oyuna maraq qatan daha bir amil hər iki komandanın çalışdırıcısının türkiyəli olmasıydı ki, bu mübarizədə də Fatih Kavlak Cüneyt Biçəri üstələmiş olub. İlk altılıq uğrunda mübarizə aparan AZAL "Turan"la qarşılaşıb və çətin qələbəyə sevinib. Turun qapanış matçında isə lider "Neftçi" "Rəvan"ı qəbul edib və minimal hesabla qələbə qazanaraq, zirvəyə qayıdıb.
 
Premyer Liqa
21-ci tur
21 fevral (çərşənbə axşamı)
 
NEFTÇİ - RƏVAN - 1:0 (0:0)
Qol: Flavinyo, 83 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Hacıəli Ağayev.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
Oyun başladı
"Neftçi" ilk dəqiqələrdən oyuna nəzarət edir
Rəşad Abdullayevin zərbəsi qapıdan aralı keçir
Hər iki komanda kifayət qədər fəaldı
"Rəvan" hesabı açmaq üçün çox yaxşı şansı qaçırır. N.Vidakoviç fərqlənə bilmir
Tagim Novruzov simulyasiyaya görə matçda ilk sarı vərəqənin sahibi olur
Rauf Mehdiyev topu kornerə çıxarmaqla komandasını real qoldan xilas edir
Qonaqların kornerdən fərqlənmək istəyi alınmır
Matç daha çox meydanın mərkəzində keçir
Georgiyevski qol vursa da, hakim öncə ofsayd olduğunu bildirir
R.Abdulayevin zərbəsi dirəkdən dönür, Slavçonun yaxın məsafədən təkrar zərbəsini isə qapıçı İvan Vasilyev tutur
İvan Vasilyev daha bir təhlükəli qol vəziyyəti zamanı komandasını xilas edir
"Rəvan" hissənin sonlarında sadəcə müdafiə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Neftçi" fasilədən sonra daha fəaldı
Qapıçı M.Seyidovun zərbəsini uğursuz qaytarsa da, təhlükə vaxtında sovuşur
"Rəvan"da Fərid Həşimzadəni Ramil Nuriyev əvəzləyir
R.Abdullayevin zərbəsi qapının üstündən keçir
R.Abdullayev uzaqdan zərbə endirir: qapıçı topu çətinliklə də olsa, tuta bilir
"Neftçi"də Denis Silvanı Cavid İmamverdiyev əvəzləyir
83. Flavinyo əla ötürməni eyni gözəlliklə tora qovuşdurur - 1:0
89. "Neftçi" korneri qola çevirməyə çalışsa da, alınmır
Matç başa çatdı
 
AZAL - TURAN - 3:2 (1:1)
Qollar: Zohair Benuahi, 1 (1:0), Nadir Nəbiyev, 38 (1:1), Zohair Benouahi, 70 (2:1), Georgi Boqyu, 78 (3:1), Rəşid Həsənov, 90+3 (3:2)
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Ramiz Əsədov, Feyzulla Feyzullayev.
Bakı. AZAL Arena.
 
Oyun başladı
AZAL oyuna daha fəal başlayır və ilk hücumdaca hesabı açır
Zohair Benuahi qonaqların qapısına yol tapır - 1:0
Qoldan sonra da üstünlük meydan sahiblərinin tərəfindədi
"Təyyarəçilər" rəqibin cərimə meydançasından çıxmırlar
"Turan" isə ancaq müdafiə olunmaqla məşğuldu
Nuqzar Kvirtiya çox yaxın məsafədən tora düşə bilmir
Branislav Arseniyeviç qol vursa da, hakim öncə ofsayd qərarı verir
Ervin Bulkunun uzaqdan zərbəsi dəqiq olmur
Nadir Nəbiyev əks-hücumlardan birini qolla tamamlayır - 1:1
"Turan"da qolun müəllifi Nadir Nəbiyev ağır zədə alır və Azər Məmmədovla əvəzlənir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Benuahinin zərbəsini qapıçı qaytarır, Arseniyeviçin təkrar zərbə cəhdi alınmır
Ayxan Abbasov sarı vərəqə alır
Zohair Benuahi özünün və komandasının ikinci qolunu vurur - 2:1
Georgi Boqyu "Turan"ı növbəti dəfə meydanın mərkəzinə dəvət edir - 3:1 
Rəşid Həsənov son saniyələrdə buraxılan qollardan birinin əvəzini çıxır - 3:2
Matç başa çatdı
 
QƏBƏLƏ - XƏZƏR LƏNKƏRAN - 2:1 (1:1)
Qollar: R.Əmirquliyev, 26 (0:1), A.Çertoqanov, 42 (1:1), D.Barton, 90+3 (2:1)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
Qəbələ. Böyük Əmrli kənd stadionu.
 
Oyun başladı
3. Mahir Şükürovun təhlükəli cərimə zərbəsini son anda kornerə çıxarır
4. Meydan sahiblərinin korner vuruşu qol gətirmir
5. "Qəbələ"nin daha bir korner cəhdi faydasız qalır
9. Bnfimin qüvvətli zərbəsini Doroşev dəf edir
13. K.Bayramov Dodonun yaxın məsafədən zərbəsini dəf etməklə komandasını real qoldan xilas edir
18. Subaşiçin zərbəsi Doroşevdə qalır
21. Elnur Allahverdiyev Dodoya qarşı kobudluğa görə sarı vərəqə alır
23. "Qəbələ" daha bir uğursuz korner yerinə yetirir
26. Rahid Əmirquliyev müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu tora qovuşdurur - 0:1
27. Murad Hüseynov qapıçı ilə üz-üzə qalsa da, Bayramov komandasını daha bir real qoldan xilas edir
27. Meydan sahibləri daha bir korneri boşa verirlər
30. Qonaqlar da künc zərbəsindən yaxşı yararlana bilmirlər
34. XL daha bir qol vursa da, bu dəfə qayda pozuntusu səbəbindən hesaba alınmır
35. Beqiri növbəti qolu vurmağa yaxın olsa da, zərbəsində azacıq dəqiqlik çatışmır
42. Aleksandr Çertoqanov hesabı bərabərləşdirir - 1:1
44. "Qəbələ" az qala ikinci qolu vuracaqdı
45+1. M.Şükürov sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Doman Şükürova qarşı kobud oyuna görə sarı vərəqə alır
Bonfimin zərbəsi dəqiq olmur
Semedonun əvəzində meydana Rendal Brenes çıxır. Bu futbolçunun XL-dakı debüt matçıdı
"Qəbələ"də Daniel Lopez Kruzu Urfan Abbasov, Murad Hüseynovu isə Deon Barton əvəzləyir
Aleksandr Çertoqanov sarı vərəqə ilə cəzalanır
Brenes sürətlə irəliləyən rəqib oyunçunu kobudluqla saxladığı üçün sarı vərəqə alır
Kamananın təhlükəli zərbəsini Bayramov kornerə çıxarır
Korneri meydan sahibləri uğursuz yerinə yetirirlər
XL-da Roberto Alviz yerini Sadio Tounkaraya verir
"Qəbələ" daha bir qol vurur. Amma yan xətt hakimi təkrar zərbə zamanı ofsayd olduğunu bildirir
Adrian Pit rəqib oyunçuya dirsək zərbəsinə görə sarı vərəqə ilə cəzalanır
XL-da Domanı Elnur Abdullayev əvəzləyir
"Qəbələ"də Kamanan Tərzin Cahangirovla əvəzlənir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. Deon Barton son saniyələrdə komandasının növbəti qolunu vurur - 2:1
Matç başa çatdı
 
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilmişdi: Qarabağ - Kəpəz - 1:0, İnter – Sumqayıt - 2:0, Simurq – Bakı - 0:2.
 
 
1
Neftçi
20
14
1
5
41-16
43
2
İnter
20
12
6
2
20-9
42
3
Xəzər Lənkəran
20
11
5
4
29-19
38
4
Qarabağ
20
10
5
5
24-14
35
5
Bakı
20
9
5
6
25-19
32
6
Qəbələ
20
9
5
6
21-20
32
7
AZAL
20
7
5
8
29-32
26
8
Rəvan
20
6
7
7
23-24
25
9
Simurq
20
5
4
11
18-30
19
10
Kəpəz
20
4
4
12
21-36
16
11
Sumqayıt
20
4
3
13
13-28
15
12
Turan
20
3
2
15
13-31
11
 
Bombardirlər:
13 - Bahodir Nasimov (Neftçi)
9 - Flavinyo (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL),
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ), Əfran İsmayılov (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.