17 fevral 2012 19:18
Nazim Süleymanov: Yığmadan imtina etmək olmaz
AZAL-ın sabiq baş məçqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi təyin edilməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yığmada çalışmaq hər zaman şərəflidi. Mən bu təklifi alan kimi, yığmayla birgə Dubaya getməyə razılıq verdim. Hələ müqavilə imzalamamışam. Bizim razılığımız gələn həftə rəsmiləşməlidi. Yığmadan imtina etmək olmaz. Bunu Azərbaycan futboluna xidmət edən hər bir məşqçi təsdiq edə bilər. Yığma mənim üçün doğma komandadı”.