17 fevral 2012 20:16
Azərbaycan millisi Bəhreynlə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisinin növbəti təlim-məşq toplanışın vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts apreldə yığmanı Bakıda bir araya gətirəcək.
Komandamız daha sonra mayın sonları – iyunun əvvəlində daha 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. DÇ-2014-ün seçmə mərhələsinin startından öncə sonuncu yoxlama oyunu avqustda Bəhreyn millisinə qarşı olacaq.
Bu zaman komanda 2 gün əvvəl bir araya gələcək. Artıq bununla bağlı Peşəkar Futbol Liqası ilə razılıq əldə olunub. Bununla da komandamız dünya çempionatının hazırlığına yekun vuracaq. Qeyd edək ki, millimizin fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olacaq.
