19 fevral 2012 21:10
Arazsız Panionios Olympiakosa məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” səfərdə “Olympiakos” ilə qarşılaşıb.
Qeyd edək ki, bu oyun öncəsi “Panionios” 23 xalla 11-ci pillədə qərarlaşmışdı. “Olympiakos” isə 49 xalla ikinciydi. Bu üzdən Abdullayevin komandasının liderin əsas izləyicisindən xal alması bir qədər inandırıcı görünmürdü. Gözlənildiyi kimi, son ölkə çempionu "Panionios"u məğlub yola salıb.
Son oyunda 69 dəqiqə meydanda olan Araz bu dəfə oynamayıb. Baş məşqçi Apostolos Mantsios futbolçumuzun adını ümumiyyətlə bu oyunun iştirak ərizəsinə daxil etməyib.
Yunanıstan Superliqası
22-ci tur
19 fevral
Olympiakos – Panionios - 2:0
