17 fevral 2012 11:08
Alaniyanın futbolçusu Azərbaycan yığmasında
Xəbər verdiyimiz kimi, fevralın 17-dən 28-ə qədər Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da açıqlanıb.
AFFA-nın yaydığı məlumata görə, millimizin qarşıdakı toplanışında aşağıdakı futbolçular iştirak edəcəklər:
Əli Həsənli – «Qəbələ»
Tərlan Əhmədov – «Qəbələ»
Vəzir Musayev – «Qəbələ»
Mahsun Qəmbərli – «Xəzər Lənkəran»
İlyas Səfərzadə – «Xəzər Lənkəran»
Emin Mirzəliyev – «Turan»
Budaq Nəsirov – «Turan»
Etibar Süleymanov – «Neftçi»
Elton Xudadatov – «Neftçi»
Pərviz Qaraxanov – «Neftçi»
Ravil Məhəmmədov – «Neftçi»
Fəhmin Muradbəyli – «Neftçi»
Mənsur Nəhavəndi – «İnter»
Ülvi İbazadə – «İnter»
Roman Məmmədov – «İnter»
Əsfər Məmmədov – «Bakı»
Əlimərdan Əlimərdanlı – «Bakı»
Valeh Seyidov – «Bakı»
Yusup Hakimov – «Bakı»
Akif Ağayev – «Bakı»
Ülvi Süleymanov – «Bakı»
Şahvələd Məhərrəmov – «Bakı»
Təyyar Məmmədov – «Bakı»
Cavid Əsgərov – «Kəpəz»
Süleyman Piriyev – «Sumqayıt»
Elman Mehdiyev – «Qarabağ»
Azər Qurbanov – klubsuz
Elvin Murtuzov – «Kvadro» (Rostov, Rusiya)
Roman Əliyev – «Akademiya Futbola» (Krasnodar, Rusiya)
Aslanbəy Zaseyev – «Alaniya» (Vladikavkaz, Rusiya)
Qeyd: Elvin Murtuzov, Roman Əliyev və Aslanbəy Zaseyev yığmanın düşərgəsinə fevralın 22-də gələcək.
