17 fevral 2012 11:29

“Yalnız Neftçini yox, bütün rəqiblərimizi məğlub etməliyik”

Futbol üzrə Azərbaycan yığmasının, eləcə də “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 20-ci turunda qarşılaşdıqları AZAL-la oyundan (1:0), çempionatımızdan, eləcə də Vaqif Cavadovdan danışıb.
 
- Fasilədən sonrakı ilk oyununuzla bağlı nə deyə bilərsiz?
- Çətin oyun oldu. Çoxları deyir ki, AZAL birinci altılığa düşə bilməz. Amma mən bununla razı deyiləm. “Təyyarəçilər” səfərdə çıxış etmələrinə rəğmən, əla oynadılar. Biz çoxlu qol şanslarını boşa verdik. Bir çox hücumlarımızı başa çatdıra bilmirdik. Lakin əsas qələbə idi ki, ona da nail olduq.
 
- “Xəzər Lənkəran”ın oyunu bir o qədər də yaxşı təsir bağışlamadı...
- Toplanışdan sonra oynamaq həmişə ağır olur. Komanda yenicə forma yığmağa başlayıb.

- AZAL-dan belə oyun gözləyirdiz?
- Bu komanda istənilən rəqibə problem yarada bilər. Digərlərindən fərqli olaraq, onlar mövsümün qalan hissəsinə Azərbaycanda hazırlaşmışdılar. Yəni ölkə xaricinə təlim-məşq toplanışına getməyə də ehtiyac duymadılar. AZAL ötən mövsümlə müqayisədə bu il daha yaxşı oynayır. Bu komanda favoritlərə də problem yaradacaq.
 
- Sizin üçün ən qeyri-münasib rəqib kimdi?
- Hamısı özünə görə münasib rəqib sayılmaya bilər.
 
- Biz bu rəqibin “Neftçi” olduğunu deyəcəyinizi gözləyirdik...
- Xeyr. Sadəcə, “Neftçi” ilə oyunlarımız maraqlı alınır. Əgər çempion olmaq istəyiriksə, yalnız “Neftçi”ni yox, bütün rəqiblərimizi məğlub etməliyik.
 
- 20-ci turun digər oyunlarındakı nəticələr sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Düzünü deyim ki, “Bakı”nın “Qarabağ”a 0:3 hesabıyla uduzacağını gözləmirdim. Ağdamlıların yaxşı komandası var. Onların hesabı açması da, bütün oyuna nəzarət etməsi də hardasa gözlənilən idi. Amma onların Starkovun komandasının qapısından üç top keçirməsini heç kim gözləməzdi.
 
- Gələn həftə yığma Dubaya yollanacaq. Orda qarşılaşacağımız Fələstin, Hindistan və Sinqapur yığmalarını zəif rəqib adlandırırlar...
- Futbolda zəif komanda yoxdu. Əgər bz futbolçular da elə düşünsək, bunun nəticəsi ağır olar. Artıq məndə elə təəssürat yaranıb ki, biz hətta İspaniya ilə də qarşılaşsaq, kimlərsə deyəcək ki, “İspaniya zəif komandadı”.
 
- Axı asiyalıları onlarla müqayisə etmək olmaz...
- Siz Qazaxıstanla necə oynadığımızı xatırlayırsız? Səfər oyunu öncəsi hamı onların zəif rəqib olduğunu deyirdi. Guya onlar bizi heç nə ilə təəccübləndirə bilməyəcəkdi, və s. Amma biz həmin oyunda məğlub olduq – 1:2. Rəqib barədə düşünmək lazım deyil. Hər oyunda ancaq öz oyununa köklənmək lazımdı.
 
- Sizcə, Vaqif Cavadovu yığmaya qaytarmaq lazımdı?
- Vaqif Cavadovun başına gələr, hər kəsdə təkrarlana bilər. Fikrimcə, o, öz səhvini tam başa düşüb. Mən çox istərdim ki, tərəflər yığmanın lehinə olan qərar qəbul etsinlər. Vaqifi bağışlamaq olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.