17 fevral 2012 11:54
Azərbaycan millisinə daha bir futbolçu çağırıldı
Futbol üzrə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu çağırılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, “İnter” yarımmüdafiəçisi Elnur Abdulov da millimizin toplanışına dəvət olunub. Yığmamızın fevralın 22-dən 29-a qədər Bakı şəhərində təlim-məşq toplanışı keçirəcəyini də qeyd edək.
