17 fevral 2012 12:14
“Məqsədim Neftçinin əsas heyətində möhkəmlənməkdi”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Neftçi" matçında “flaqman”ın heyətində daha bir gənc futbolçu debüt etdi. Azerisport.az xəbər verir ki, qarşılaşmanın 76-cı dəqiqəsində Flavinyonu əvəzləyən Elşən Abdullayev 8 nömrəli forma ilə meydana daxil oldu.
Futbolçu əsas komandada debütü ilə bağlı klubun rəsmi saytına danışıb: "Məşqçilərə öz minnətdarlığımı bildirirəm ki, mənə əsas komandada oynamaq şansı verdilər. "Sumqayıt"la matçda 15 dəqiqə meydanda oldum. Mənə göstərilən etimadı oyunumla doğrultmağa çalışacam. Məqsədim odur ki, özümü yaxşı tərəfdən göstərib əsas komandada möhkəmlənim".
