17 fevral 2012 12:25
Gənclər Gününə həsr olunmuş tədbirdə DÇ-nin təbliğatı (FOTOREPORTAJ)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Buta Palace”da Azərbaycan Gənclər Gününə həsr olunmuş mərasim keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi də iştirak edib, təbliğat məqsədilə DÇ-yə həsr olunmuş xüsusi stend quraşdırılıb, çap məhsulları nümayiş olunub. Mərasim iştirakçıları dünya çempionatının rəsmi maskotu ilə şəkil çəkdiriblər.
