18 fevral 2012 13:07
Qarabağ Ağdama yola düşdü
“Qarabağ” Ağdama yola düşüb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda “Kəpəz”i qəbul edəcək komanda Quzanlı qəsəbəsinə hərəkət edib.
Bu gün “Şəfa” stadionunda məşq etdikdən sonra Bakını tərk edən komanda Ağdama çatdıqdan sonra dinəcələk. Sabah isə ağdamlılar 1 saatlıq yüngül məşqlə kifayətlənəcəklər.
Qeyd edək ki, tarixi Azərbaycan derbisi olan “Qarabağ” – “Kəpəz” derbisi ilk dəfə Quzanlıda keçiriləcək.
